Rusiya Mərkəzi Bankının xarici valyuta ehtiyatları 2022-ci ilin fevralından – sərt sanksiyalarla üzləşdiyi tarixdən bu tərəfə $85.8 milyard azalıb.
İndex.az bu barədə Rusiya Bankının həftəlik analitik göstəricilərinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin mart ayında bankın $643.2 milyard həcmində valyuta ehtiyatı olub. 15 sentyabr 2022-ci il tarixinə isə bu rəqəm $557.4 milyarda düşüb.
Sonuncu dəfə bu rəqəm 2020-ci ilin aprelində bu həddə düşmüşdü.
Qeyd edək ki, Rusiyanın Ukraynada apardığı müharibə ardından, hansı ki, bunu “xüsusi əməliyyat adlandırır – Qərbin və Yaponiyanın sərt sanksiyaları ilə üz-üzə qoyub. Nəticə ölkənin maliyyə sistemi qlobal şəbəkədə məhrum olub. Sanksiyaya eləcə də onun ehtiyat portfelində olan xaricdəki qızıl aktivləri də daxil edilib.