Avropa Mərkəzi Bankının (ECB) İdarəetmə Şurasının iclasında ilk dəfə uçot dərəcəsi 75 baza bəndi artırılaraq 0,5 %-dən 1,25 %-ə çatdırılıb.
İndex.az xəbər verir ki, bu barədə tənzimləyici qurumun açıqlamasında bildirilir.
“İdarəetmə Şurası ECB-nin üç əsas faiz dərəcəsini 75 baza bəndi səviyyəsində artırmaq haqqında qərar verib. Sentyabrın 14-dən əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, marja kredit xətti və depozit xətti üzrə faiz dərəcələri müvafiq olaraq 1,25%, 1,5% və 0,75% olacaq”, – deyə məlumatda qeyd olunub.
Növbəti iclaslarda uçot dərəcəsinin daha da artırılacağını gözlənilir.