Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Mənzərə” MTK-nin istifadəsində olmaqla dövlət mülkiyyətində olan torpaq sahəsində, bundan başqa Abşeron rayonu, Saray qəsəbəsində xüsusi mülkiyyətdə olan torpaq sahəsində, eləcə də Sumqayıtda Cəfər Cabbarlı küçəsində və İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsində dövlət mülkiyyətində olan torpaq sahəsində meşə fonduna daxil olmayan müxtəlif cinsli və diametrli 47 ədəd ağacın qanunsuz kəsilib, nəticədə ekosistemə 30 min manat məbləğində maddi ziyan dəyib.
Məlumata görə, qanunsuz ağackəsmə faktları ilə bağlı vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.