AZAL işçi axtarır – VAKANSİYA

Azerbaijan Airlines

Maliyyə və Mühasibat uçotu idarəsinin mühasib və iqtisadçısı

Son tarix 29 sen 2022 – Müraciət et

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Bank əməliyyatlarının həyata keçirilməsi və ilkin uçot sənədlərinin sistemə işlənilməsi;
  • Əsas vəsaitlərin və mal-materialların uçotunun aparılması;
  • Yük gömrük bəyannamələri ilə işləmə bacarığı;
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Müvafiq müxabirləşmələrin verilməsi;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
  • Dil bilikləri: azərbaycan dili – əla,
  • Kompüter bilikləri:  (xüsusi proqramlar): Microsoft Excel-yaxşı, Word-yaxşı,
  • Outlook –yaxşı, 1C-yaxşı.

Şəxsi keyfiyyətlər:

  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşmalı;
  • Analitik düşüncə və problemi həll etmə qabiliyyəti.

Üstünlüklər:

  • Analoji sahə üzrə 1 il və ya daha çox iş təcrübəsi;
  • Rus və İngilis dil biliyi;
  • İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər və sertifikatlar üstünlükdür.

İş rejimi:

  • Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar qeyri iş günüdür;

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Qeyd:

  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Sınaq müddəti: 3 ay.

Müraciət etmə qaydaları:

Vakant vəzifəyə uyğun olan namizədlər müraciət et bölməsində qeyd edilmiş link vasitəsilə “Azərbaycan Hava Yolları” QSC-nin karyera bölməsinə keçid edərək müraciət edə bilərlər.