“Özsüt”ün 200 min manatdan çox vergi borcu var

Ölkənin aparıcı restoranlar şəbəkəsindən biri olan “Özsüt”ün dövlət büdəsinə böyük həcmdə vergi borcu yaranıb.

İndex.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, hazırda “Özsüt” restoranlarının bağlı olduğu “Özsüt Azerbaijan” MMC (VÖEN – 1005309101) dövlət büdcəsinə 201 min 460 manat 9 qəpik borcu var.

Məlumat üçün bildirək ki, “Özsüt Azerbaijan” MMC rəsmi dövlət qeydiyyatına 26.04.2018-ci ildə alınıb. MMC-nin qanuni təmsilçisi Əzməmmədov Renat Tofiq oğludur. Hazırda paytaxt Bakıda “Özsüt”ün 5 şöbəsi fəaliyyət göstərir.