Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 28,1 milyon ABŞ dolları pul köçürülüb.
İndex.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,8% azdır.
Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 11 milyon ABŞ dolları pul köçürülüb ki, bu da 1 il əvvələ nisbətənj 25% çoxdur.