“Visa” şirkəti Nurlan Hacıyevi Baş direktor, Azərbaycan üzrə menecer vəzifəsinə təyin edib.
İndex.az “Visa” şirkətinə istinadən xəbər verir ki, bu yeni vəzifədə N. Hacıyev “Visa”nın banklara, satıcılara və kart sahiblərinə verdiyi dəyəri artıraraq, Azərbaycanda elektron ödənişlər biznesinin inkişafını diqqət mərkəzinə qoyacaq.
Qeyd edək ki, 2013-cü ildə “Visa”ya qoşulduqda N. Hacıyev “Visa”ya bankçılıq, marketinq, biznes inkişafı və ödəniş kartları sahələrində qazandığı 9 illik təcrübəsini özü ilə gətirib. “Visa”ya gəlməmişdən dərhal öncə N. Hacıyev “DəmirBank”da ödəniş kartları şöbəsinin rəisi vəzifəsində ekvayrinq, ödəniş məhsulları, ödəniş kartları ilə bağlı risklər və rəqəmsal kanalların inkişafı məsələlərinə cavabdeh idi. “DəmirBank”dan qabaq N. Hacıyev “Unibank”da çalışaraq marketinq və biznes inkişafı istiqamətlərini idarə edirdi. Azərbaycan üçün dönüş nöqtəsi olmuş “Visa Token” Xidmətinin və “Apple Pay” layihələrinin icrası, ilk B2B Connect xidmətinin təqdim olunması kimi layihələrə töhfə verməklə yanaşı N. Hacıyev sair böyük nailiyyətlərlə də fəxr edə bilər, şirkətdən bildirilib.