Azərbaycanın ən populyar futbol klubu olan «Qarabağ» futbol klubunun səhmləri satışa çıxarılıb.
İndex.az xəbər verir ki, söhbət «Qarabağ Futbol Klubu» MMC-nin təsisçi payından gedir.
Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan «Qarabağ Futbol Klubu» MMC-dəki 4851,88 miqdarında təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.
Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.
Təkliflə maraqlanan şəxslər [email protected] elektron poçt ünvanına, yaxud +994 55 206 90 24 telefon nömrəsinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.