Ağsuda zəlzələ olub

Kürdəmir stansiyasından 17 km şərqdə  Ağsu rayonunda zəlzələ baş verib.

İndex.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 07:59-da qeydə alınan zəlzələnin ocağı 41 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.4 bərabər olan zəlzələ hiss olunmayıb.