Tramp: “Ukrayna məsələsi Rusiyadan asılıdır”

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə atəşkəslə bağlı razılığa gəldikdən sonra Moskva ilə görüşəcəklərini bildirib.

İndex.az xəbər verir ki, Trampın sözlərinə görə, Ukrayna ilə gedən müharibə artıq Rusiyanın ixtiyarındadır.

Tramp Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşdə Ukraynanın 30 günlük müvəqqəti atəşkəs barədə razılığa gəldiyini və oradakı danışıqların uğurlu keçdiyini vurğulayıb.