
“Goldman Sachs” ilin sonuna olan qızıl proqnozunu yenilədikdən sonra qızıl qiymətləri yenidən bahalaşmağa başlayıb.
İndex.az xəbər verir ki, həftənin ikinci ticarət günündə qızılın bir unsiyası 2 min 900 dollardan yuxarı alınıb.
Qeyd edək ki, “Goldman Sachs” ilin sonuna olan proqnozunu bir unsiya üçün 3 min 100 dollara qədər yüksəldib.