Rusiyalı jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına Ermənistanın reaksiyası təəccüb doğurur.
İndex.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz həmişə İrəvandan eşidirdik ki, Ermənistan söz azadlığına sadiqdir, ona görə də İrəvanın reaksiyası təəccüb doğurur. Rusiyanın rəsmi mövqeyi İrəvana məlumdur: Rusiya ardıcıl olaraq üçtərəfli razılaşmalar əsasında bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasından danışır. Bu mövqe son dərəcə aydın şəkildə ifadə olunub”, – o bildirib.