“Kapital Bank” 2024-cü il üzrə maliyyə nəticələrini elan edib

Ölkənin birinci bankı “Kapital Bank” 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata görə bankın aktivləri 1 yanvar 2025-ci il tarixinə 11 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.2 milyard manat olub.

1 yanvar 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 9 milyard  manat təşkil edib.

Bankın 1 yanvar 2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 977 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Ətraflı məlumat: https://kbl.az/drhp

Qeyd edək ki, “Kapital Bank” “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.