Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 2 dəfəyə yaxın artıb

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa (NKA) aparatları üzrə dövriyyə 404,5 milyon manat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 1,7 dəfə çoxdur.