Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasını dəstəkləyib.
İndex.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak məlumat verib.
Hərbi vəziyyətin uzadılmasının lehinə 315 deputat səs verib. Ümumi səfərbərliyin uzadılması isə 310 deputat tərəfindən dəstəklənib.
Qeyd edək ki, bu, Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması haqqında 14-cü qərardır. Hərbi vəziyyət və ümumi səfərbərlik 2025-ci il fevralın 8-dən mayın 9-dək qüvvədə olacaq.