Aİ Rusiya qazına qarşı yeni sanksiyalar planlaşdırır

ABŞ-ın yeni neft sanksiyaları ilə mübarizə aparan Rusiyanı Avropa İttifaqı (Aİ) yenidən hədəf alıb.

İndex.az xəbər verir ki, Aİ Rusiyanın təbii qazı və alüminium ixracına tədricən qadağa qoymağa hazırlaşır.

Layihə mərhələsində olan bu sanksiyalara Rusiyanın kölgə neft tankerləri donanmasının tərkibində olan onlarla gəmiyə və hərbi məqsədlər üçün istifadə edilən mallara nəzarət daxildir.

Rusiyanın təbii qazını mərhələli şəkildə dayandırmaq üçün bir sıra tədbirlər həyata keçirilə bilər.

Qeyd edək ki, təkliflər layihəsi hələ də üzv dövlətlər arasında müzakirə olunur.