“Nvidia”nın səhmləri 6%-dən çox ucuzlaşdı

“Nvidia” əhəmiyyətli uzunmüddətli gözləntiləri ilə bağlı məlumat yaymasına baxmayaraq, səhmləri ucuzlaşıb.

İndex.az xəbər verir ki, “Nvidia” yeni məhsulunu təqdim etdikdən sonra səhimlərində 6%-dən çox itki qeydə alınıb.

Belə ki, şirkətin səhmləri Nyu-Yorkda 6,2% dəyər itirərək 140,14 dollara düşüb və bu, son dörd ayın ən böyük gündəlik ucuzlaşmasıdır.

Texnologiya nəhənginin son açıqlamaları şirkətin uzunmüddətli perspektivlərinə nikbin baxış təqdim etsə də, bu bəzi investorları qane etmiyib.