Çinin Xarici Valyuta Klirinqi üzrə Dövlət İdarəsi (SAFE) 2024-cü ilin yanvar-sentyabr ayları üçün cari hesabını açıqlayıb.
İndex.az xəbər verir ki, müvafiq olaraq, xarici ticarət, xidmətlər, investisiya və cari transfertlər üzrə gəlir-xərc balansının cəmini əks etdirən cari balans ilk 9 ayda 241,3 milyard dollar müsbət saldo verib.
Bu dövrdə xarici ticarətdə 518,3 milyard dollar müsbət saldo, xidmət alqı-satqısında 181,5 milyard dollar, investisiyalarda 105,6 milyard dollar kəsir və cari transfertlərdə 10,2 milyard dollarlıq müsbət saldo qeydə alınıb.