Yaponiyanın Nazirlər Kabineti 2025-ci ilin aprelindən başlayacaq maliyyə ili üçün 115,5 trilyon yen (732 milyard dollar) məbləğində rekord büdcəni təsdiqləyib.
İndex.az xəbər verir ki, büdcə planında cari illə müqayisədə 2,6%-lik artım göstərilir.
Büdcə rekord məbləğdə 78,4 trilyon yen vergi gəlirləri ilə maliyyələşdiriləcək və yeni istiqrazların buraxılışının 19% azaldılmasına imkan verəcək.