“Bitcoin” ehtiyatları ilə bağlı Yaponiyadan yeni addım

Artan populyarlıq, kriptovalyutaların qiymətləri və həcmləri səbəbindən Yaponiya, bir çox nəhəng investorlar kimi, kriptovalyutaların potensialını araşdırır.

İndex.az xəbər verir ki, Yaponiya hökuməti “Bitcoin”i milli ehtiyat kimi saxlamağa ehtiyatlı yanaşır.

Bunun əsas səbəbləri kriptovalyutanın dəyişkənliyi və hüquqi uyğunsuzluqlardır.

Yaponiyanın Baş naziri Şigeru İşiba adından verilən rəsmi açıqlamada NHK Müdafiə Partiyasının üzvü senator Satoşi Hamadanın “Bitcoin” ehtiyatları ilə bağlı verdiyi suallar cavablandırılıb.

ABŞ və digər ölkələrdə də oxşar müzakirələrə istinad edən Həmada Yaponiya hökumətinə valyuta ehtiyatlarının bir hissəsini kriptovalyutalara çevirməyi düşünməli olduqlarını bildirib.