ABŞ-da “Starbucks” tətili sürətlə yayılır

ABŞ-da “Starbucks” işçilərinin başlatdığı tətil bütün ölkəyə yayılır.

İndex.az xəbər verir ki, birliyin təmsil etdiyi 525 mağazadan 300-də bu gün tətil olacaq.

Ölkə daxilində 525 mağazada işçiləri təmsil edən “Starbucks Workers United”, Nyu-York, Los-Anceles, Boston və Sittel daxil olmaqla 12 böyük şəhərdə 60-dan çox ABŞ mağazasının bazar ertəsi bağlandığını söylədi.