FED rəsmilərinin gələn il üçün proqnozları dolları dəstəkləyib.
İndex.az xəbər verir ki, bir çox valyutalar qarşısında bahalaşan dollar, inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiqi daha da artırıb.
Bu valyutalardan biri də, Braziliya realıdır.
Bazarda Braziliyanın maliyyə intizamı ilə bağlı narahatlıqlar məzənnəyə müəyyən təzyiq yaratmışdı.
Bu narahatlıqlar reala təzyiq etməyə başlayanda Braziliya Mərkəzi Bankı bazara müdaxilə edərək dollar hərraclarına başladı.
Dollar möhkəmləndikcə Braziliyaya edilən bu müdaxilə elə də təsir göstərmədi.
Hazırda ölkədə diqqət administrasiyanın fiskal intizamla bağlı yanaşmasına yönəlib.