“Windows 11″in “24H2” yeniləməsi “Dell” və “Asus” kompüterlərində müxtəlif problemlərə səbəb olub.
İndex.az xəbər verir ki, istifadəçilərin sözlərinə görə, kompüter sönmür və “Dolby” səs sistemi işləmir.
Şikayətlərə baxmayaraq “Microsoft” bu cihazlarda “Windows 11″in “24H2” yeniləməsini dayandırmayıb.
Buna görə də, “Dell” proqram yeniləməsini buraxaraq problemin həllinə kömək edib.