Yeni ilə yüksək gəlirlə: “Kapital Bank” depozit faizlərini 11%-ə qaldırdı

Ölkənin birinci bankı “Kapital Bank” nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər üçün Yeni il öncəsi xüsusi kampaniya həyata keçirir. Belə ki, 15 yanvar 2025-ci ildədək “Kapital Bank”da manat valyutasında depozit yerləşdirən hər kəs 6 aylıq müddətə illik 11%-dək gəlir əldə edəcək.

Bunun üçün ən yaxın “Kaptal Bank” filialına yaxınlaşmaq və ya Birbank mobil tətbiqində Rəqəmsal depozit yerləşdirmək kifayətdir. Filialda yerləşdirilən depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.

Ətraflı məlumat üçün:  https://kbl.az/dyobfp

Rəqəmsal depozitdə isə manat valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1manat olamqla istənilən məbləği depozit olaraq yerləşdirmək mümkündür. Depozit gəliri müddətin sonunda təqdim edilir. Tamamilə onlayn həyata keçirilən Rəqəmsal depozitdən istifadə etmək üçün Birbank mobil tətbiqində “Daha çox” bölməsindən “Depozitlər”i seçməli və “Yeni depozit” bölməsinə keçərək müraciət edib məlumatları tamamlamaq yetərlidir.

Ətraflı məlumat üçün: https://kbl.az/prdd

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk,  “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.