“Samsung”un İdarə Heyətinin sədri 5 il müddətinə həbs oluna bilər

Cənubi Koreya prokurorları “Samsung Electronics” şirkətinin sədri Cey Liyə 5 il həbs və 375 min dollar cərimə tələb ediblər.

İndex.az xəbər verir ki, 2015-ci ildə “Samsung”un törəmə şirkətlərinin birləşməsi ilə əlaqədar olaraq, Li və 13 “Samsung” şirkətinin keçmiş rəhbərləri səhm qiymətləri ilə manipulyasiya etməkdə və mühasibat fırıldaqlarında şüphəli bilinir.

Səhmdarlara zərər verməklə yanaşı, Li “Samsung”un biofarmasevtik bölməsi olan “Samsung Biologics”də 3,9 milyard dollar mühasibat saxtakarlığı etməkdə də ittiham olunur.