Qızılın qiyməti həftəni yüksəlişlə başa vurdu

Rusiyanın Ukrayna ilə müharibəsi fonunda dörd günlük yüksəlişini davam etdirən qızıl ötən həftənin itkilərini geri qaytarır.

İndex.az xəbər verir ki, bazarda həftənin son əməliyyat günündə qızılın unsiyası 2 min 684 dollara çatıb.

Qiymətli metal bu il mərkəzi bankların alışları, təhlükəsiz liman tələbinin artması və FED-in endirim dövrü ilə dəstəklənərək təxminən 30% dəyər qazanıb.