“Nvidia”nın 4-cü rüb üzrə praqnozu bazarları qaraşdırıb

“Nvidia”nın yeni açıqlanan balans hesabatı və qlobal bazarlarda satış proqnozlarının aşağı olması bazarları qarışdırıb.

İndex.az xəbər verir ki, nəhəng çip istehsalçısı “Nvidia”nın satış proqnozları bazar gözləntilərindən zəif olduğu üçün, şirkətin bazar payı 2% azalıb.

Geosiyasi gərginliyin artması səbəbidən dolların bahalaşması, “S&P 500” və Nasdaq birjalarını gün ərzində 1% ucuzlaşdırıb.

Səhmlərdə zəif görünüş bu səhər Asiyada da öz təsirini göstərib.

“MSCI Asiya Sakit Okean” birjası Yaponiya, Avstraliya və Tayvan səhmləri altında 0,1% azalıb.

Asiyanın çip ehtiyatlarının göstəricisi isə 1%-ə geriləyib.