Yaponiya hökuməti 140 milyard dollarlıq paket hazırlayıb

Yaponiya hökuməti yeni iqtisadi təşviq paketini elan etməyə hazırlaşır.

İndex.az xəbər verir ki, Yaponiyanın Baş naziri İşiha, iqtisadiyyatda yaranan müxtəlif problemləri aradan qaldırmaq üçün 140 milyard dollarlıq iqtisadi təşviq paketi hazırlayıb.

Yaponiyanın ictimai yayım təşkilatı olan NHK-nın yaydığı məlumata görə, paketin ümumi hesabdan 13,9 trilyon yen xərc ehtiva edib.

Hesabatda bildirilib ki, paketin özəl sektor xərcləri ilə ümumi dəyərinin təxminən 39 trilyon yen olacağı gözlənilir.