İtaliya Rusiyadan qaz nəqlini dayandırır

İtaliyanın baş naziri Mario Draqi Rusiyadan qaz nəqlini dayandırmaq planlarını təsdiqləyib.

Onun sözlərinə görə, Roma 2024-cü ilin ikinci yarısına kimi Rusiyanın “mavi yanacağ”ından tam müstəqilliyə nail olmaq niyyətindədir, lakin bu prosesin “ilk izləri” 2022-ci ilin sonunda görünəcək.

İtaliyanın baş naziri deyib ki, qaz “təmiz” enerji istehsalının artırılması yolunda “keçid yanacağıdır”. Onun sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı İtaliya və Əlcəzair arasında bağlanan müqavilə ilə asanlaşdırılacaq.

“Bərpa olunan enerji qalıq yanacaqlardan qurtulmağın və həqiqətən davamlı bir böyümə modeli yaratmağın yeganə yoludur”, – deyən Mario Draqi əlavə edib ki, İtalya hökuməti lazımi investisiyaları sürətləndirmək və bürokratik maneələri aradan qaldırmaq üçün hər cür səy göstərəcək.