ABŞ seçiciləri Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratlar partiyasının namizədi Kamala Harris arasında seçim etmək üçün sandıq başına gedib.
İndex.az xəbər verir ki, müxtəlif ştatlar üzrə seçkilərdə artıq ilk nəticələr məlumdur.
“Associated Press” (AP) agentliyinin dərc etdiyi qeyri-rəsmi məlumatlara görə, seçkilərdə Donald Tramp liderlik edir.
AP-nin açıqladığı proqnozlara əsasən, namizədlərin qalib gəldiyi ştatlar aşağıdakı kimidir:
Harrisin qazandığı ştatlar (214)
Konnektikut (7), Delaver (3), Massaçusets (11), Merilend (10), Nyu-Cersi (14), Rod-Aylend (4), Vermont (3) İllinoys (19), Nyu-York (28), Kolorado (10), Kolumbiya (3), Kaliforniya (54), Vaşinqton (12), Oreqon (8), Nyu-Meksiko (5), Virciniya (13), Havay (4) Nebraska 2 (1), Nyu-Hempşir (4) )
Trampın qazandığı ştatlar (267)
Florida (30), Cənubi Karolina (9), Alabama (9), Missisipi (6), Oklahoma (7), Tennessi (11) Kentukki (8), İndiana (11), Qərbi Virciniya (4), Arkanzas (6) , Viskonsin (10), Vayominq (3), Ohayo (17), Cənubi Dakota (3), Şimali Dakota (3), Nebraska (2), Luiziana (8), Texas (40), Missuri (10), Yuta ( 6), Montana (4), Ayova (6), Kanzas (6), Aydaho (4), Şimali Karolina (16), Corciya (16) Men 2-ci rayon (1) Pensilvaniya (19)