COP29 sıfır emissiyaya sağlam keçidə kömək edəcək

Bakıda keçiriləcək COP29 iqlim konfransı sıfır emissiyaya sağlam keçid üçün lazım olan maliyyə dəstəyinin təmin edilməsi ilə bağlı əlavə imkanlar yaradacaq.

İndex.az xəbər verir ki, bu barədə “Lancet Countdown” jurnalının iqlim dəyişikliyi və sağlamlığa dair illik hesabatında deyilir.

Sağlamlıq və iqlim dəyişikliyi sahəsində irəliləyişi izləyən “Lancet Countdown” layihəsi Paris Sazişinin qüvvəyə mindiyi ildə yaradılıb. Onun məqsədi iqlim dəyişikliyinin insan sağlamlığına qlobal, regional və milli səviyyədə təsirini hər il təhlil etməkdir.

BMT qurumları və dünya üzrə akademik institutlarının 122 aparıcı tədqiqatçısı tərəfindən hazırlanan 2024-cü il hesabatında 8 illik monitorinq dövründə ən narahatedici nəticələr təqdim edilir.