“Meqa Sığorta” işçi axtarır – VAKANSİYA

Meqa Sığorta ASC

Risklərin idarə olunması üzrə Aparıcı mütəxəssis

Son tarix 29 noy 2024 – [email protected]

Namizədlərə olan tələblər:

  • Təhsil:  Ali – İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə.
  • İş təcrübəsi: Risklərin idarə olunması sahəsində – 3 il
  • Müvafiq sahə üzrə qanunvericilik bilikləri.
  • Kompüter  bacarıqları: MS Office proqramlarından istifadə bacarığı, Pythonda işləmək bacarığı üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan dili,  İngilis dili: C 1 dərəcədə.
  • Riyazi, statistik biliklər. CFA və ya FRM sertifikatı arzuolunandır.
  • Şəxsi keyfiyyətlər və bacarıqlar:  Risk yönümlü düşüncə,  təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik,  intizamlılıq, dəqiqlik və məsuliyyət.

Əsas vəzifə öhdəlikləri:

  • Monitorinq – Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək.
  • Metodologiyaların hazrlanması – Maliyyə risklərinin idarə edilməsi ilə bağlı siyasət sənədlərinin, prosedur və metodologiyaların hazırlanması va yenilənməsində iştirak etmək.
  • Risklərin müəyyənləşdirilməsi – Mütəmadi olaraq risklərin qiymətləndirilməsində və onun nəticəsində risk xəritəsinin hazırlanmasında iştirak etmək.
  • Təhlil/Təklif – Şirkətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə baglı təkliflərin verilməsində iştirak etmək.
  • Təhlil/Təklif – Maliyyə riskləri limitlərinin hesablanmasına dair təkliflərin verilməsi.
  • Risk İştahası Bəyənnamasi – Risk İştahası Bəyannaməsinin hazrlanmasında iştirak etmək.
  • Risklərin qiymətləndirilməsi – Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə digər departamentlərdan, elektron infomasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək.
  • Risklərin qiymətləndirilməsi – Riyazi va statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi.
  • Dəstək – Maliyyə riskləri ilə bağlı șirkətin digər departamentlərinə məsləhətər vermək və metodoloji yardan göstərmək
  • Hesabatlıq – Müvafiq daxili hesabatların hazırlanmasında iştirak etmək
  • Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı: 2000 manat.
  • İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 17:45-dək, cümə günü saat 17:00-dək.
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
  • Tibbi sığorta təminatı.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
  • “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzu bölməsində “Risklərin idarə olunması üzrə Aparıcı mütəxəssis” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. Vakansiya tələblərinə  uyğun gələn namizədlər müsahibəyə dəvət alacaq.

Qeyd: Aktiv vakansiyalar www.meqasigorta.az  saytında vakansiyalar bölməsindədir.