Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda səmt qazının hasilatı 11 milyard 141,57 milyon kubmetr təşkil edib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.
Bu həcmin 2 milyard 748,61 milyon kubmetri (1,9% çox) əmtəəlik qazın payına düşüb.
Azərbaycanda qaz hasilatının ümumi həcmində səmt qazının payı 30% təşkil edib. Həcmin qalan hissəsi – 25 milyard 976,33 milyon kubmetr və ya 70% təbii qazın (5,6% çox) payına düşüb.
Ötən il Azərbaycanda səmt qazının hasilatı 15 milyard 85,96 milyon kubmetr (2022-ci ilin göstəricisi ilə müqayisədə 2,2% az) təşkil edib. Bununla yanaşı, 3 milyard 565,2 milyon kubmetr (15,7% az) əmtəəlik qazın payına düşüb.