ABŞ səhmlərinin gəlirləri azalacaq – PROQNOZ

12 milyard dollarlıq fondu idarə edən “Bel Air İnvestisiya Məsləhətçiləri”nin prezidenti Tod Morqan ABŞ səhmləri ilə bağlı proqnozlarını paylaşıb.

İndex.az xəbər verir ki, ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq səhmlərin gəlirləri azalacaq.

Tod Morqan, mövcud investisiya mühitinin pandemiyadan sonra iqtisadiyyatın gücləndiyi və sosial dəyişikliyin baş verdiyi 1920-ci illərə bənzədiyini söyləyib.

Morqan bildirib ki, Harris prezident seçilsə və Demokratlar həm Ağ Evə, həm də Konqresə nəzarəti ələ keçirsələr, çox güman ki, vergiləri artıracaqlar.

Bu isə ilin sonuna qədər ABŞ səhmlərində ucuzlaşmaya səbəb ola bilər.