Tramp prezident seçilsə Almaniya iqtisadiyyatı 180 milyard avro itirəcək – SƏBƏB

Almaniya İqtisadiyyat İnstitutu (Aİİ) ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ilin noyabrında yenidən ABŞ prezidenti seçilməsinin Almaniya üçün necə nəticələnəcəyini proqnozlaşdırıb.

İndex.az xəbər verir ki, Aİİ-nin proqnozuna görə, Tramp prezident seçilrsə iki ssenari reallaşa bilər.

Birinci ssenaridə Almaniya Vaşinqton ilə ticarət müharibəsinə girəcək.

Belə ki, 2025-ci ildə ABŞ, Avropa İttifaqından (Aİ) idxal etdiyi bütün məhsullar üçün tariflərini 10%-ə, Çindən idxal edilən məhsullar üçün tariflərini isə 60%-ə qədər artıracaq.

Belə olduqda, Aİ də cavab olaraq ABŞ-dan idxal edilən məhsullar üçün tarifləri 10%-ə yüksəldəcək.

İkinci ssenaridə isə ABŞ, Aİ-dən idxal olunan məhsullar üçün tarifləri 20%-ə qədər artıracaq. Təbii ki, Aİ-də ABŞ-a eyni formada cavab verəcək.

Bu halda Almaniyanın ümumi daxili məhsulunda (ÜDM) 2028-ci ilə qədər itki 180 milyard avro təşkil edəcək.