Rekord həddə çatan qızıl qiymətləri enişə keçib

Rekord həddə yüksələn qızıl qiymətləri yüksək istiqraz gəlirləri səbəbi ilə ucuzlaşmağa başlayıb.

İndex.az xəbər verir ki, qızıl həftənin dördüncü ticarət günündə bir unsiya üçün 2 min 727 dollara satılıb.

Qiymətli metal bu il ərzində təxminən 32% artaraq 2024-cü ildə ən güclü performans göstərən əmtəə olub.