“Express Bank”a işçilər tələb olunur

Express Bank

Risklərin idarə edilməsi departamenti, Girovların qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis

Son tarix 23 noy 2024 – Müraciət et

Təsvir

  • Daxil olan sifarişlərin qiymətləndirilməsi;
  • Lombard kreditlərinin girovu təsdiq edilmiş monitorinq planlarına uyğun icrası;
  • Girovların planlaşdırılmış və plandankənar monitorinqinin keçirilməsində iştirak.

Tələblər

  • Ali iqtisadi və ya texniki təhsil;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
  • Analitik təhlil və bazar araşdırması sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;

Vakansiya haqqında

Son tarix Noyabr 24, 2024

Paylaşılıb Oktyabr 23, 2024

Vakansiya növü Tam ştat

Daxili nəzarət departamenti, Bank əməliyyatlarına nəzarət şöbəsi/mütəxəssis/aparıcı mütəxəssis

 Son tarix 23 noy 2024 Müraciət et

Təsvir

  • Kredit və qeyri kredit əməliyyatları üzrə qanunvericiliklə və bankdaxili qaydalarla müəyyən edilmiş səlahiyyət bölgüsünün, tarif və limitlərin pozulmamasına nəzarəti;
  • Bank əməliyyatları ilə bağlı bankdaxili qərarların vaxtında və düzgün icrasına nəzarəti;
  • Bank proqramına daxil edilən məlumatların tamlığına və düzgünlüyünə nəzarəti və s.

Tələblər

  • Ali iqtisadi və ya texniki təhsil;
  • Kredit və əməliyyat sahəsi üzrə ən azı 3 il təcrübə;
  • Məsuliyyətlilik, diqqətlik;
  • SQL biliyi arzuolunandır;
  • Rus və ingilis dil bilikləri arzuolunandır.

Online satış və telemarketinq şöbəsinin mütəxəssisi

 Son tarix 23 noy 2024 Müraciət et

Təsvir

  • Online kredit sifarişlərini qəbul edir;
  • Sifarişlərin bankın daxili prosedur və qaydlarına uyğun rəsmiləşdirilməsi üçün sənədləri toplayır;
  • Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatları hazırlayır və ABİS-də qeydiyyatını aparır;
  • Daxili qaydalardan kənarlaşmalar olmadıqda sənədləri hazırlayır və sənədlər toplusunu kredit mütəxəssisinə təqdim edir;
  • Müştərinin kredit şərtlərinə, ödəniş qaydasına və s. dair suallarını cavablandırır;
  • Sifarişlər barədə hesabatlar tərtib edir;

Tələblər

  • Ali təhsil ;
  • Dil biliyi: Azərbaycan dilində səlis danışıq qabiliyyəti ;
  • Bilik və bacarıqlar: Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək ;
  • Təcrübə: Bank, BOKT vəya müvafiq vəzifəyə uyğun sahədə iş təcrübəsi arzuolunandır.