Dünya Bankı Türkiyəyə 1,9 milyard dollar yardım edəcək

Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək Dünya Bankı ilə 4 layihə üçün maliyyə müqaviləsi imzalayıb.

İndex.az xəbər verir ki, Türkiyə ilə Dünya Bankı, enerji səmərəliliyi, daşqın və quraqlıq riskinin idarə edilməsi, yaşıl keçid və zəlzələ bölgəsindəki sənaye sahələrinin yenidən qurulması kimi 4 mühüm layihə üçün kredit müqaviləsi imzalanıb.

Sözügedən layihələr Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi, Kənd Təsərrüfatı və Meşəçilik, Sənaye və Texnologiya nazirlikləri tərəfindən həyata keçiriləcək.