ABŞ-ın qəhvə şəbəkəsi “Starbucks”ın qlobal satışları ardıcıl olaraq üçüncü rübdə də azalıb.
İndex.az xəbər verir ki, “Starbucks”ın qlobal satışları cari ilin üçüncü rübündə 7% azalaraq ilin əvvəlindən başlayan azalmanı davam etdirib.
“Starbucks”ın səhm başına qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 25% azalaraq 80 sent olub.
Şirkətin 2024-cü ilin tam maliyyə hesabatı üzrə qlobal müqayisəli mağaza satışları da 2% azalıb.
“Starbucks”, həmçinin yüksək səviyyəli icraçı dövriyyəni və şirkətin mövcud vəziyyətini nəzərə alaraq 2025-ci maliyyə ili üçün gözləntilərini elan etməyib.