Avropada hibrid avtomobillərin satışı benzinlə işləyən modelləri üstələyib.
İndex.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) yeni avtomobil bazarında sentyabr ayı üzrə hibrid avtomobillərin satışı ilk dəfə olaraq benzin modellərini geridə qoyub və 32,8%-ə çatıb.
Məlumatlara görə, ötən ay Aİ ölkələrində yeni avtomobil satışları 2023-cü ilin eyni ayına nəzərən 6,1% azalaraq 809 min 163 ədədə çatıb.
İttifaqa üzv ölkələrdə satılan yeni avtomobillərin 32,8%-i hibrid, 29,8%-i benzin, 17,3%-i elektrik, 10,4%-i dizel, 6,8%-i plug-in (Plug-In) hibrid, 2,9%-i isə digər yanacaq növündən istifadə rdən avtomobillər olublar.