ABŞ-da seçki xərclərinin rekord səviyyəyə çatacağı gözlənilir.
İndex.az xəbər verir ki, “OpenSecrets” araşdırma qrupunun məlumatlarına görə, ABŞ-da seçki xərclərinin ümumilikdə ən azı 15,9 milyard dollara çatacağı və 2024-cü il seçkilərinin indiyə qədər ən bahalı seçki olacağı proqnozlaşdırılır.
Söz mövzusu xərcləmə məbləği ilə 2024-cü il seçkilərinin indiyə qədər ən çox xərc tələb edən seçki olacağı təxmin edilir.
Qeyd edək ki, son dəfə rekord 2020-ci ildə keçirilən seçkilərdə qeydə alınıb.
Belə ki, 2020-ci il seçkilərində 15,1 milyard dollar pul xərclənib.