COP29-da sakinlərə evdən çıxmaqla bağlı məhdudiyyət qoyulmayacaq

COP29-un keçirildiyi zaman Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət olmayacaq.

İndex.az məlumatına görə, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.

“COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”, – o deyib.

E.Soltanovun sözlərinə görə, bu barədə məlumat dezinformasiyadır. O ictimaiyyəti bu kimi dezinformasiyalara inanmamağa və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyə çağırıb.