“YapıKredi Bank Azərbaycan”ın qazancı kəskin azaldı

“YapıKredi Bank Azərbaycan” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə “YapıKredi Bank Azərbaycan”ın dövr üzrə xalis mənfəəti 3.699 milyon manat azalaraq 8.303 milyon manata enib.

2024-cü ilin əvvəlində bankın dövr üzrə xalis mənfəəti 12.002 milyon manat olub.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb.

Onun nizamnamə kapitalı 55.380 milyon manatdır.

Bankın səhmlərinin 99,8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.