AMB-dən ardıcıl ikinci faiz endirimi

Avropa Mərkəzi Bankı (AMB) bazar gözləntilərinə uyğun olaraq, sentyabr və oktyabr aylarında uçot dərəcələrini azaltmaq qərarına gəlib.

İndex.az xəbər verir ki, AMB depozit faizini 25 baza bəndi azaldaraq 3,25%-ə endirib.

“Bloomberg HT” sorğusuna qatılan iqtisadçıların gözləntisi uçot dərəcəsinin bu səviyyəyə endirilməsi idi.