“Yandex” Türkiyəyə 400 milyon dollar sərmayə qoymağı planlaşdırır

“Yandex” Türkiyəyə yatırım etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, “Yandex”dən verilən açıqlamaya görə, şirkət informasiya texnologiyaları məhsullarını lokallaşdırmaq və Türkiyədə əhatə dairəsini genişləndirmək üçün Türkiyəyə 400 milyon dollar sərmayə qoymağı planlaşdırır.

“Yandex Search Turkey” şirkətinin baş direktoru Aleksandr Popovski bildirib ki, bu sərmayə sayəsində yaxın üç il ərzində Türkiyədə informasiya texnologiyaları məhsulları inkişaf etdiriləcək və yüzlərlə insanı işlə təmin olunacaq.

“Yandex”in Türkiyədə daimi iş əlaqələri qurmaqda qərarlı olduğunu vurğulayan Popovski, yaxın vaxtlarda Türkiyə üçün xüsusi olaraq hazırlanmış bir sıra məhsulların satışa çıxarılacağını bildirib.