“Xalq Bank”dan 140 milyon manatlıq geriləmə – HESABAT

“Xalq Bank” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə “Xalq Bank”ın Bakı filialının aktivləri cari ilin əvvəli ilə müqayisədə 140.088 milyon manat azalaraq 2 milyard 942.459 milyon manata enib.

Ötən ilin əvvəlində “Xalq Bank”ın aktivləri 3 milyard 082.547 milyon manat idi.

2024-cü ilin 3-cü rübündə “Xalq Bank”ın depozit portfeli 240.275 milyon manat azalaraq 1 milyard 980.696 milyon manata enib.

Cari ilin əvvəlində bu göstərici 2 milyard 220.971 milyon manat idi.

Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 470.386 milyon manatdır. Bankın səhmlərinin 50,00%-i “İdeal Business Ko” MMC-yə, 33,85%-i “EuroStandard” MMC-yə, 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.