Avtomobil istehsalçısı General Motors (GM) ABŞ-da elektromobil akkumulyatorlarının xammalının çıxarılması üçün müəssisə yaratmaq qərarına gəlib.
İndex.az xəbər verir ki, şirkət tərəfindən edilən açıqlamada bildirilib ki GM bu müəssisə üçün 625 milyon dollar pul ayıracaq.
Bu yeni müəssisəyə “Lithium Americas” şirkətinin və “Thacker Pass” şirkətinin ortaq olacağı bildirilib.
Şirkət tərəfindən edilən açıqlmaya görə, kritik minerallar üçün yerli təchizat zəncirinin yaradılmasında “Thacker Pass”ın strateji əhəmiyyəti böyükdür.
Müqavilənin şərtlərinə görə, “Lithium Americas”ın “Thacker Pass”da 62% paya sahib olacağı və mədənləri iki şirkət adından idarə edəcəyi, GM-in isə 38% paya sahib olacağı bildirilib.