BEA qlobal neft tələbi proqnozunu aşağı salıb

Beynəlxalq Enerji Agentliyi (IAA) Çindəki zəifliyi əsas gətirərək bu il üçün qlobal neft tələbi proqnozunu yenidən aşağı salıb.

İndex.az xəbər verir ki, BEA aylıq hesabatında 2024-cü il üçün qlobal neft tələbi proqnozunu gündəlik 903 min bareldən 862 min barrelə endirib.

Qurum neft bazarının gələcəkdə həddindən artıq təklif riski ilə üzləşdiyini bildirib.

İsrail və İran arasında artan gərginlik regionun enerji infrastrukturu üçün təhlükə yaratsa da, ABŞ-da hasilatın artmasının 2025-ci ilin əvvəlində tədarük profisiti yaradacağı, OPEC-də isə boş istehsal gücü olacağı bildirilib.

Hesabatda bildirilirib ki, gələn il dünya bazarları gündə 1 milyon bareldən çox təklif profisiti ilə üzləşəcək.