Azerbaijan Airlines
Cədvəl üzrə mühəndis/ Tarif və gəlirlərin İdarə olunması İdarəsi
Son tarix 30 okt 2024 – Müraciət et
Təsvir
- Yer ehtiyatlarına və overbookinqə nəzarət edilməsi;
- Digər sistemlərdə yaradılan bronlara və online satışa “QUEUE” vasitəsi ilə nəzarət edilməsi;
- Daşınma qaydalarının pozuntularına nəzarət olunması və cərimələr tətbiq edilməsi;
- Uçuşların gecikmələri zamanı transfer sərnişinlər haqqında məlumatın işlənib-hazırlanması və daşınmaları üçün alternativ variantların təqdim edilməsi;
- Hava gəmisinin dəyişiklikdən öncə bronlaşdırılan ödənişsiz və ödənişli yerlərin siyahısının yoxlanması;
- Bütün yaranan uyğunsuzluqların müəyyən olunması;
- Upgrade və downgrade üzrə məlumatların emal olunması;
Tələblər
- Təhsil tələbləri: Ali təhsil;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Əməkdaşlıq və effektiv ünsiyyət bacarığı;
- Microsoft Office bilikləri;
- Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarıqları;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Strateji Düşünmə Qabiliyyəti;
“Bakıaeronaviqasiya” HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri
Son tarix 30 okt 2024 Müraciət et
Vəzifə Öhdəlikləri:
- Hava hərəkətini idarəetmə dispеtçеri öz məsuliyyət zonasının müəyyən olunmuş sərhəd hüdudlarında radiotexnika və radiоlоkasiya vasitələri istifadə edərək hava gəmilərinin hərəkətini idarə еtmək;
- Hava gəmilərinin hərəkətinin idarə оlunması prоsеsində hava hərəkətinin təhlükəsizliyinə dair, hərbi hava qüvvələrı və hava hərəkətinin idarə оlunması üzrə qоnşu dispеtçеr məntəqələri ilə qarşılıqlı əlaqədə işləmək; Hava gəmilərinin hеyətlərinə uçuşun yеrinə yеtirilməsi haqqında dəqiq və vaxtında zəruri göstərişlər və məlumat vеrmək;
- Nəzarət еtdiyi yaхın zоnalarda hava və mеtеоrоlоji vəziyyəti öyrənib təhlil еdir, hava gəmilərinin təhlükəli mеtеоtəzahür zоnasına daxil olmasının qarşısını almaq üçün tədbirlər görmək;
- Hava gəmilərinin təhlükəsiz hərəkəti təmin оlunmadıqda hava gəmilərinin hеyətlərinə uçuşların yеrinə yеtirilməsini qadağan еtmək.
Tələblər:
- Vətəndaşlıq: AR vətəndaşı olmaq
- Yaş: 22-30 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda)
- Yaş: Maksimum 35 (uyğun təcrübə olduğu halda)
- Təhsil: Ali aviasiya ixtisas təhsili
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – ICAO üzrə 4-cü səviyyə aviasiya ingilis dili bilikləri.
- Qavrama və tez reaksiya vermə bacarığı
- Məsuliyyət və intizamlı olmaq
- Komandada çalışmaq bacarığı
Əlavə Qeydlər:
- DMAA-nin Student license olan namizədlərə üstünlük veriləcək
Yanğından mühafizə Xidməti / Mühəndis xilasedici-qrup rəhbəri
Son tarix 30 okt 2024 Müraciət et
Təsvir:
- Hava gəmilərində, eləcə də hava limanı infrastrukturunda yerləşən obyektlərdə mümkün yanğınları söndürmək və qəza-xilasetmə işlərini aparmaq;
- Yanğınların söndürülməsi və qəza-xilasetmə işlərinin aparılması zamanı qrupun iş fəaliyyətinə rəhbərlik etmək;
- Yanğınsöndürən və qəza-xilasetmə avtomobillərində yerləşən avadanlıqları saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlamaq;
- Təsdiq edilmiş yanğın-xilasetmə, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi üçün vərdişlərini təkmilləşdirmək.
Tələblər:
- Təhsil: Ali təhsil (Milli Aviasiya Akademiyası tələbələrinə üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili – yaxşı;
- Proqram bilikləri: Microsoft Office proqramları;
- Sahə üzrə iş təcrübəsinə üstünlük verilir;
- Yaşı 35-dən az;
- İdman normativlərinin yerinə yetirilməsi;
- «B» kateqoriyası üzrə sürücülük vəsiqəsinə malik olmaq;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Öyrənmə qabiliyyəti;
- Çətin iş şəraitinə uyğunlaşma qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı;
İş qrafiki:
- Növbəli iş rejimi (08:00-20:00/20:00-08:00)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı