Veysəloğlu MMC
Full-stack Developer (Middle)
Son tarix 24 okt 2024 – [email protected]
Vəzifə öhdəlikləri:
- Veb və mobil tətbiqlərin frontend və backend hissəsinin hazırlanması və inkişafı;
- Mövcüd kodu nəzərdən keçirmək və təkmilləşdirmək;
- Layihənin texniki komandası ilə işlərin təşkilində aktiv iştirak etmək;
- Mövcud layihələrin dəstəklənməsi, optimallaşdırılması və yeni xüsusiyyətlərin əlavə edilməsi;
- Gələcək istinad və yeniləmələr üçün texniki sənədləri yaratmaq;
Tələblər:
- Müvafiq sahə üzrə ən azı 2+ illik təcrübə.
- HTML5, CSS3 və JavaScript-də güclü biliklər.
- Müasir frontend framework-lərin birində təcrübə (React, Angular, Vue.js və s.).
- Responsiv dizayn, adaptiv tətbiqlər və cross-browser uyumluluğu haqqında məlumat.
- Proqramlaşdırma dillərindən birində güclü təcrübə (.NET, Python, Node.js və ya Java).
- Restful API-lər və ya GraphQL yaratmaq və inteqrasiya etmək bacarığı.
- MS SQL üzrə təcrübə.
- Versiya nəzarət sistemlərindən biri (Azure Devops, GitHub və ya GitLab) ilə təcrübə.
- Microsoft Azure texnologiyaları üzrə təcrübə arzuolunandır.
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində
“Full-stack Developer (Middle)” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.